37 illik həsrət sona çatdı

Qızının tapıldığı xəbərini alan ana göz yaşlarına boğuldu

Müge Anlının proqramında maraqlı anlar yaşanıb.
"Şərq" Türkiyə mətbuatına istinadən xəbər verir ki,  14 yaşında evlənən Fatma Kalay qızını axtarmaq üçün proqrama qatılıb.

O, 1984-cü ildə Harem avtovağzalında itkin düşən qızı Emeli axtarmaq üçün Müge Anlıdan yardım istəyib.


Canlı efirdə qızının tapıldığı xəbərini alan ana göz yaşlarına boğulub.

Bununla da, proqramda 37 illik həsrət sona çatıb. Müge Anlı 1984-cü ildən itkin düşən Emelin iki uşaq anasını olduğunu bildirib.

Onun 1985-ci ildə bir bankir tərəfindən övladlığa götürüldüyü və hazırda İngiltərədə yaşadığı qeyd olunub.