Damladan Talıba sərt cavab:“Bir kişi kimi özünə yaraşdırırsa...”

Bir neçə gün öncə “Heç vaxt, heç yerdə” verlişinə qonaq olan müğənni Talıb Tale həmkarı Damlanı sərt tənqid edib. O, Damlanın efirə tək çıxmaq istəyinə irad bildirib: 
“Bilmirəm, doğrudan da deyib, ya yox, amma səhv edir. Onun gəldiyi yol da göz qabağındadır. Necə gəlib, tamaşaçılar görüb, elə də uzaq tarix deyil. Əgər belə bir addım atırsa, yanlışdır.

Onda mən də deyim ki, Damla olan məclisə gəlmirəm. Düzgün deyil axı. Toylarda elə olur bir yerdə oxuyuruq. Ona görə də məntiq yanlışdır. Onun xeyrinə deyil, yaxşı çıxmaz. Mən burda onu pisləmək üçün demirəm, sadəcə istəyinə yaxşı  baxmıram. Bəlkə də, fikirləşir ki,  belə edərək daha da reytinqini qaldıracaq. Məncə, səhvdir”.  

Talıb Talenin fikirlərinə cavab verən Damlanın prodüseri Şamil İbrahimov “Sherg.az”a bunları deyib: 

“Deyibsə də deyib. Neynəmək olar? Heç nə?  Müğənnilərin hamısı Talıb kimi eyni sözü təkrarlayır. Heç vaxt Damlanı sevmədilər, bəyənmədilər. Həmişə onu bayağı müğənni adlandırdılar. Soruşsaq ki, bayağı nədir?

Cavabları olmaz. Onlar bayağının mənasını bilmirlər.

Hansı  müğənni ki, Damlanın bayağı olduğunu söyləmir, o, həmin adın mənasını anlayır, ona görə Damlaya bu sözü demir. Talıb Taleyə bir xanım haqqında nə isə deməyi bir kişi kimi özünə yaraşdırırsa, danışsın. Buna başqa nə ad vermək olar?!”

Şamil bəy həmçinin efirə tək çıxmaq kimi bir şərtlərinin olmadığını xüsusi vurğulayıb:

“Biz kiməsə elə bir qadağa, şərt qoymamışıq. Amma çalışdığım qədər istəyirəm ki, Damla efirə tək çıxsın. Çünki digər qonaq müğənniyə etibar eləmirəm, birdən verlişdə  Damlaya ağzına gələni deyər.

Normal həyatda Damladan danışırsa, efirdə də dilə gətirəcək. Bilirəm ki, heç biri Damlanı sevmir. Verlişdə nə isə xoşagəlməz söz işlədərlər, yaxşı nəticələnməz.

Lakin təkrar edirəm, kiməsə şərt qoymuruq. Belə bir söhbət yoxdur”.