Birgə təlimlər nə vəd edir ?- Türk general:“Aqressiv ölkələrə ismarıc..." 

Özgür Tor: “Bu, bərabərlik mesajıdır. Həm də sülhün yolu müharibəyə hazır olmaqdan keçir”

“Yəni belə təşəbbüslər savaş yox, sülh üçündür”

Türkiyənin Qars şəhərində Azərbaycan Ordusunun bölmələrinin də iştirakı ilə keçiriləcək “Qış-2021” təlimlərinə hazırlıqlar davam edir. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin “Twitter” hesabında paylaşım edilib. “1-12 fevral tarixlərində Qarsda keçirəcəyimiz “Qış-2021” Türkiyə-Azərbaycan birgə təlimlərinə hazırlıqlar davam edir.

Hərbçilərimiz hazırlıq çərçivəsində minaatanlardan atışlar icra ediblər”, - deyə Türkiyə MN-dən bildirilib.

Əlbəttə, birgə təlimlər hər şeydən əvvəl iki ölkənin qardaşlığının bariz nümunəsi və dünyaya mesajdır.

Amma başqa məqsəd də varmı? Bax, bu sual çoxlarını düşündürür. Türk general Özgür Tor bu barədə “Sherg.az”a danışarkən hansısa müharibə ehtimalını istisna edib: 

“Belə təlimlər savaş xəbərçisi deyil. Sadəcə ölkələr arasındakı əlaqələr güclənir. Həmçinin aqressiv ölkələrə mesaj verilir. Bu, bərabərlik mesajıdır. Həm də sülhün yolu müharibəyə hazır olmaqdan keçir.

Yəni belə təşəbbüslər savaş yox, sülh üçündür”.