Aspirinin bilmədiyiniz ZİYANLARI 

“...Daxili qanaxmaların, mədə xorasının və hətta mədə xərçənginin riski yüksək olur”


Həkimlərin əksəriyyəti etiraf edir ki, sağlam insan tərəfindən profilaktik məqsədlə istifadə edilən istənilən dərmanların qəbulu xeyirdən çox ziyan gətirə bilər. Belə dərmanlardan biri aspirindir. 100 il bundan əvvəl Feliks Xoffman tərəfindən sintez olunmuş bu populyar dərman bütün dünyada müxtəlif məqsədlərlə çox geniş istifadə olunur.

Uzun illər ərzində hesab olunurdu ki, aspirin insanlarda ürək-damar sistemi xəstəliklərinin və infarktın qarşısını alır. Nəticədə həkimlər bu preparatı yaşı 45-dan çox olan bütün insanlara səbəbli-səbəbsiz təyin edirdilər.

Bu hal o qədər kütləvi xarakter alıb ki, tam sağlam insanlar hətta həkimlə məsləhətləşmədən özünə aspirin "təyin edirdilər".

Lakin son araşdırmalar nəticəsində məlum oldu ki, aspirinin sağlam insanlara faydasından çox ziyanı var. Məsələ burasındadır ki, aspirini daim qəbul edən insanlarda  daxili qanaxmaların, mədə xorasının və hətta mədə xərçənginin riski yüksək olur.

İngiltərə və ABŞ mütəxəssisləri geniş əhatəli araşdırmalar nəticəsinə belə qərara qəldilər ki, aspirinin ürək-damar sistemi xəstəliklərinin profilaktikası üçün qəbulu məqsədə uyğun olmayan təcrübədir. Sağlam insanlara aspirinin uzunmüddətli profilaktik qəbulu yalnız zərər verir. Lakin bu sağlam insanlara aiddir.

Müəyyən qrup insanlara var ki, onlar aspirini qəbul etməlidir. Bu, ürək və təzyiqlə ciddi problemlər olan, keçmişdə infarkt keçirmiş, piylənmədən əziyyət çəkən və s. insanlardır. Həmin insanlar üçün aspirinin qəbulu həyati vacibdir. Aspirin bu insanlarda infarktın inkişafının riskini 25 faiz azaldır.

Lakin aspirini xəstəyə mütləq həkim təyin etməlidir, dərmanın dozası mümkün qədər kiçik olmalı və xəstə müstəqil şəkildə bu dozanı artırmamalıdır. Həmçinin xəstə daim həkimin nəzarətində olmalı və öz vəziyyətində istənilən dəyişikliklər hiss etdikdə dərhal həkimə bu haqda məlumat verməlidir.

Ümumdünya Səhiyyə Təşkilatı 12 yaşına çatmamış uşaqlara aspirinin verilməsini tövsiyə etmir. Araşdırmalar nəticəsində məlum oldu ki, virus infeksiyaları zamanı aspirinin qəbulu uşaqlarda Rey sindromunun inkişafına səbəb ola bilər.

Bu sindromun nəticəsində beyində və qara ciyərdə ciddi pozulmalar inkişaf edir.