Alim kənd adlarının dəyişdirilməsinə razı deyil: “Tarixin izi var”

“Elə kəndlərimiz var ki, adı heç bir məna vermir və ya uyğun ad deyil. məsələn, "Cındırlı"!  Və ya, Qubanın Alekseyevka (ruslar yaşamır) kəndi”.
Bu barədə hərbi jurnalist, Qarabağ qazisi Rey Kərimoğlu özünün “Facebook” hesabında yazıb. O qeyd edib ki, o kəndlərə həmin kəndin şəhidinin adı verilsə,  daha yaxşı olar: “Alekseyevkanın şəhidi  Ülvi Məmmədovun şərəfinə Ülvi kəndi adlandırılsın. Məncə, çox gözəl olar! “.

 Təklifi “Sherg.az”a  şərh edən Nəsimi adına Dilçilik İnstitunun direktoru, akademik Möhsün Nağısoylunun cavabı qısa və konkret olub:

“Başqa hallarda deyə bilmərəm, fəqət kəndin adı tarixi əhəmiyyət daşıyırsa, onda dəyişməməlidir. Tutalım, hansısa tayfanın adıdırsa, ya da yazılı abilərdə qeyd olunubsa, deməli, həmin sözdə tarixin izi var. Elə isə, məncə olduğu kimi qalmalıdır”.