Qalmaqallı açıqlama:“Pərviz Damlanın duet ortağı olmayıb”

Damlanın prodüseri Şamil İbrahimov “Sherg.az”a iddialı açıqlamalar verib. O, müğəninin eks-duet ortağı, meyxanaçı Pərviz bülbülə haqqında da danışıb. Şamil bəy söz ustadı ilə bağlı bunları söyləyib:
“Pərviz Bülbülə Damlanın duet ortağı olmayıb. Sadəcə  efirdə təsadüfən  bir mahnı oxuyublar. Bir yerdə studiyada səs yazdırmayıblar. Kimsə deyə bilməz ki, Pərviz Bülbülə ilə Damla duet ortağı olub.

Məsələn, Damla Eldar Xəlilovla duet ortağı idi. Pərviz Bülbülə ilə verlişlərin birində canlı ifa ediblər. Sonra toya da dəvət alıblar və gediblər. El məclisidir bütün müğənnilər  bir-biri ilə rastlaşa bilir”.