Qız qaçırtma qanla sonuclandı

Silahlı davada 40 nəfər həbs olunub

Türkiyədə yaşanan qanlı toqquşma ölkənin gündəmi olub.
Şanlıurfada qızqaçırtma səbəbindən iki qrup arasında insident böyük davaya çevrilib.
"Şərq" Türkiyə mətbuatına istinadən xəbər verir ki,  bu səbəbdən üz-üzə gələn Gezen və Gezmiş ailələri arasında qızğın mübahisə baş verib. Qadınlar və uşaqlar da daxil olmaqla onlarla insan tüfəng, daş, çubuq və bıçaqla biri-birlərinə hücum ediblər. Hadisə yerinə gələn polislərin bütün müdaxilələrə baxmayaraq, mübahisə səngiməyib. Dava nəticəsində 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, şəhərdəki xəstəxanalara yerləşdirilib. 40 nəfər isə polis tərəfindən saxlanılıb.