Metro da açılır? – RƏSMİ CAVAB 

Təhsil Nazirliyindən verilən  məlumata görə  fevralın 8-dən orta məktəblərdə, fevralın 15-dən isə ali təhsil müəssisələrində praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə tədrisin mərhələli şəkildə bərpa olunması planlaşdırılır.

Mövcud vəziyyətə uyğun olaraq ictimai nəqliyyatda sıxlığın yaşanması qaçılmazdır. 

Sosial şəbəkələrdə xüsusilə, ali təhsil müəssisələrində tədris qismən bərpa oluncağı üçün Bakı metrosunun faəliyyətə başlamasına dair ehtimallar yaranıb.

“Sherg.az” olaraq duruma aydınlıq gətirmək üçün”Bakı Metropoliten” QSC mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədova müraciət etdik. O bildirdi ki, metronun fəaliyyətinin bərpa ediləcəyi barədə quruma  məlumat verilməyib.