Röya peyvənd olundu - Video

“Bu gün könüllü peyvənd olundum. Düzü, belə gözləmirdim. Heç bir əlavə təsiri olmadı, özümü yaxşı hiss edirəm”.

“Sherg.az” xəbər verir ki, bu sözləri İnstaqram səhifəsində tanınmış müğənni, xalq artisti Röya yazıb. O, 21 gün sonra 2-ci dozanın vurulacağını söyləyib:

“Bu virus bəlasından xilas olmaq üçün vaksin vurdurmağı məsləhət görürəm. Qorxmayın, hər şey yaxşı olacaq. Allah köməyiniz olsun”.