Peyvənd çatışmır

Almaniya koronavirusla mübarizə aparmaq üçün yeni bir antikor əsaslı dərmanı satın alıb

Dünyada peyvənd krizi yaşanmaqdadır. Kütləvi peyvəndləmə üçün kifayət qədər peyvənd yoxdur. Ona görə də bəzi firmalar COVİD-19 müalicəsi üçün “monoklonal antitellər” istehsal etməyə başlayıb.

"Şərq" xarici mətbuata istinadən xəbər verir ki, hətta Almaniyanın Səhiyyə naziri Jens Spahn  Almaniyanın "Bild am Sonntag" qəzetinə verdiyi açıqlamasında bildirib ki, hökumət koronavirusla mübarizə aparmaq üçün yeni bir antikor əsaslı dərmanı satın alıb: "Gələn həftədən etibarən monoklonal antikorlar Avropa Birliyində ilk ölkə olaraq Almaniyada istifadə ediləcək".

Federal hökumət 400 milyon avroya 200 min dozanı artıq satın alıb. 

Qeyd edək ki, monoklonal antitellər xəstəliyə yoluxanlara tətbiq olunur və ağırlaşmanın qarşısını alır. ABŞ-ın keçmiş prezidenti Donald Tramp ilk dəfə keçən ilin oktyabr ayında koronavirusa yoluxduqdan sonra bu antikor ilə müalicə olunub.