Kamil danışdı: “Səfərbərlikdən mənimlə əlaqə saxladılar...” 

Tanınmış idmançı Kamil Zeynallı "Azərbaycan Qarabağ Müharibəsi əlilləri veteranları və şəhid ailələri ictimai birliyi" tərəfindən  “Vətən naminə”,  “Milli ordu -100” medalları ilə təltif olunub. Məşqçi medalların fotosunu İnstaqramda paylaşaraq bir neçə dövlət qurumuna təşəkkür edib.

Lakin idmançının postu cəmiyyətdə çaşqınlıq yaradıb. Hər kəs bu medalların Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidməti tərəfindən verildiyini zənn edib. Dövlət xidməti açıqlama yayaraq K. Zeynallını heç bir medal və mükafatla təltif etmədiklərini bildirib.



“Sherg.az”la həmsöhbət olan K.Zeynallı müharibə zamanı yardımları təmənnasız, nəyinsə xətrinə etmədiyini söyləyib:
Azərbaycan Qarabağ Müharibəsi əlilləri veteranları və şəhid ailələri ictimai birliyi" sağ olsun, yenə də məni medala layiq görüb. Səfərbərlikdən  əlaqə saxlayıb, dedilər, bizə çoxlu zənglər gəlir ki, Kamil Zeynallını niyə medalla təltif edibsiniz, bizi yox. Yəni belə paxıl insanlar da var”.