“Xankəndinə Azərbaycan bayrağı sancılacaq!”


Özünü Dağlıq Qarabağdakı qondarma rejimin “Təhlükəsizlik Şurasının katibi” kimi təqdim edən terrorçu Vitali Balasanyan şovinist açıqlama ilə çıxış edib. O, Xankəndi şəhərindəki inzibati binaların üzərində Azərbaycanın dövlət bayrağının asılacağı barədə xəbəri təkzib edib.
Balasanyanın yaydığı bəyanatda belə deyilir:

“Bəzi media və sosial şəbəkələrdə Qarabağ Müdafiə Ordusunun ləğv ediləcəyi və bu məntiqə görə sərhədlərin müdafiəsinin təşkil olunmayacağı barədə məlumatlar yayılır. Bununla əlaqədar ictimaiyyətə bildirmək istərdim ki, dövlət orqanları hazırda sərhədlərimizi qorumaq məqsədi ilə müqavilə əsasında peşəkar hərbi birliklərin yaradılması ilə məşğuldur” .



Balasanyanın açıqlamasına dair fikirlərini “Sherg.az”la bölüşən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib ki, əvvəllər də bu cür sərsəm bəyanatlara rast gəlmişik:

“Deyirdilər ki, Azərbaycan heç vaxt Şuşanı görməyəcək. Məğlub olublar deyə, belə çıxışlar edirlər. Eyni zamanda mövqelərini möhkəmləndirmək, etibarlılıqlarını artırmaq, xalqın gözündə nüfuzdan düşməmək üçün bu cür açıqlamalar verirlər. Lakin Prezident İlham Əliyevin də dediyi kimi “dəmir yumruq” başlarının üstündədir. Xankəndinə Azərbaycan bayrağı sancılacaq! Bunun başqa alternativi yoxdur”.