Meyxanaçı:“Elza Seyidcahan mahnılarım üçün “ölür””

Tanınmış bəstəkar, müğənni, əməkdar artist Elza Seyidcahan “Lent.az”a açıqlamasında bir neçə müğəninin “bostanına daş atıb”. O, iddialı sözləri ilə diqqət çəkib:
"Əgər məni öldürmək istəyirsinizsə, bir otağa salın, Xatun, Pərviz Bülbülə, Şəbnəm Tovuzlu və Türkan Vəlizadənin mahnılarını səsləndirin"

“Sherg.az” da bəstəkarın atmacasına cavab almaq üçün meyxanaçı Pərviz Bülbülə ilə əlaqə saxlayıb. Söz ustadı Seyidcahanın sözlərini real qarşılayaraq belə cavab verib:
“Əgər deyirsə ki, məni öldürmək üçün bir otağa salıb Pərviz Bülbülənin mahnılarını dinlədin. Deməli, mənim mahnılarım üçün ölür. Yaradıcılığıma diqqət göstərdiyi üçün Elza xanıma hörmətim var”.