“Xarici sənətçilərin nələri var, niyə yazmırlar?”

“Əgər Avropaya baxıb nə isə götürürsüzsə, yaxşı şeyləri də öyrənin”


Müğənni Mətanət Əsədova “Xəbər-ətər” verlişinə zənglə bağlanaraq həmkarı Manaf Ağayevi müdafiə edib.
“Sherg.az” xəbər verir ki, o, efirə çıxmamasının səbəbini də açıqlayıb:

“Belə çirkinliklərə, böhtanlara görə proqramlara getmirəm. Manaf əsl Vətən oğludur, Azərbaycan kişisidir. Nə onun yaşından, nə oxuduğu mahnılardan utanırlar. O, Vətən həsrəti ilə ifa edib.

Ömür boyu köçkün adı ilə yaşayıb. Sağ olsun, cənab prezidentimiz, Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin, onlar qaçqın adını millətimizin üstündən götürdülər.

Manaf illərdir ata-baba yurduna həsrət qalıb. Anasını burda dəfn edəndə özünə gələ bilmirdi. Reklam xətrinə Manafdan danışırlar.

Nə istəyirsiz bu kişidən? Onun çətin vaxtlarında, çörək tapa bilməyəndə bir nəfər axtarmadı. Pandemiya dövründə evdə oturub, özünü qoruya bilərdi. Amma dövlətə, kasıblara dəstək oldu.

Bir müğəninin arxasından danışmadı, küslüləri barışdırdı. Efirdə kimsə üçün mənfi söz demədi. Bu dinmirsə, ürəyinin saflığındandır, təmizliyindəndir.

Dünən çıxıb, oxuyanlar Manaf məktəbi deyirlər. Manafla ayaqlaşa bilməzsiniz. Bilirik ki, bu iblislər bizim içimizdədir, özgənin işi yoxdur. Adam var ki, bəlkə, özü ağırlıqda qızılı var, niyə onun adı çəkilmir?

Dəfələrlə şahid olmuşam, evinə çəkilişə gəliblər, deyib ki qardaş çıxaq çöldə danışaq. Bəs bizim aparıcılar, yaxşı jurnalistlərin adlarına xələl gətirənlər xarici sənətçilərin yaşayışını görmür? Onların nələri var, niyə yazmırlar. Əgər Avropaya baxıb nə isə götürürsüzsə, bu yaxşı şeyləri də öyrənin”.