"Ailəmi, uşağımı fikirləşən adamam"

Pərviz Bülbülə indilərdə meyxana haqqında düşünmür

Tanınmış meyxanaçı Pərviz Bülbülə “Şərq”lə həmsöhbət olub. O, yenidən meyxanaya qayıtması ilə bağlı danışıb. P.Bülbülə deyib ki, o həmişə meyxanaçı kimi tanınıb, sevilib:

“Türkanla, Damla ilə oxuyuram deyə, meyxanadan ayrılmamışdım ki, meyxana da deyirdim. Meyxanaçılarla yenidən bir aya gəlmək üçün əvvəlcə qırağa çəkilmək lazımdır. Biz hər zaman bir yerdə idik. Mən sizin bildiyiniz sənətçilər kimi sənətimə çox ciddi yanaşmıram. Sənət mənim üçün əyləncə kimi bir şeydir. İstədiyim vaxt meyxana da deyərəm, istəyəndə duet də oxuyaram. Sənəti mən idarə edirəm, o məni yox”.
“Əvvəl meyxananı tənqid edən müğənnilərin indi bu sayaq mahnılara müraciət   etməsi haqqında nə düşünürsünüz” sualına söz ustadı belə cavab verib: “Müğənnilər meyxanaya müraciət etmir, hətta bəziləri meyxana deyir. Bir də ki, meyxana haqqında heç nə düşünmürəm. Düşünürəm ki, görüm vəziyyət necə olacaq, bu bəladan nə vaxt qurtulacağıq. Meyxana lazım olanda çağırırlar, deyirəm. Meyxana haqqında nə düşünməliyəm ki? Ailəmi, uşağımı fikirləşən adamam. Sizin peşənizdə işləmirəm ki, kiməsə zəng edim, sual verim, cavabları yazım”.