Xalq artisti bu müğənnilərə SƏSLƏNDİ: “Zövqləri korlamasınlar”

“Çünki körpələrimiz böyüyür, gənclərimiz var. İndi xeyli gərəksiz mahnı mövcuddur”

“Baxıram, uşaqlar, gənclər axın edib, onları dinləyir”

“Əsəbləşirəm ki, olmaz axı. Biz çalışdığımız qədər tələbələri zövqlü musiqilərə yönləndiririk”


Hazırda şou-biznes aləmində yeni bir tendensiya yayılıb. Əksər müğənni repertuarında musiqili meyxana yaxud da meyxanasayağı mahnılara yer verir. Hətta meyxanaçılarda bu halı tənqid edirlər. Məsələn ötən günlərdə meyxanaçı Pərviz Bülbülə bəzi müğənnilərin meyxana dediyini söylədi. Bəs bu dəb necə yarandı? Görəsən xanəndələr də bir gün meyxanasayağı mahnılara müraciət edə bilərmi?

“Sherg.az”ın suallarına cavab verən xalq artisti Gülyanaq Məmmədov deyib ki, janr ifaçının öz seçimidir:

“Onunla bağlı bir söz deyə bilmərəm. Yaxşı ifa edənlər də var. Bir də səviyyəli-səviyyəsiz mahnılar mövcuddur. Həm müəllim, həm də muğam ifaçısı kimi repertuarımda muğamlardan bəhrələnmişəm.

Xalqın sevgisini də belə qazanmışam. Amma səsin diapazonuna, rənginə uyğun digər  janrın mahnılarını da gözəl şəkildə təqdim etmək olar.

O da baxır hansı janrdır. Məsələn xarici və yerli estradadan mahnılar da oxumuşam. İnsan bacarırsa, edə bilər. Lakin gülünc formada hazırlama qolmaz. Bir müəllim kimi tövsiyyəm odur ki, hansı janrda oxuyurlarsa, onu samballı təqdim etsinlər, zövqləri korlamasınlar.

Çünki körpələrimiz böyüyür, gənclərimiz var. İndi xeyli gərəksiz mahnı mövcuddur. Baxıram, uşaqlar, gənclər axın edib, onları dinləyir. Əsəbləşirəm ki, olmaz axı. Biz çalışdığımız qədər tələbələri zövqlü musiqilərə yönləndiririk”.

Xanəndə onu da əlavə edib ki, bizi dünyada tanıdan mili musiqimiz, muğamımızdır:

“Estrada  bütün dünyada var. Bizi fərqləndirən isə  muğamımızdır. Dünyanın bir çox ölkəsində olmuşuq. Musiqinin dili yoxdur. Xaricdə dilimizi bilməsələr də, zəngulələrimizə, musiqmizin şirinliyinə heyran qalıblar. Şahid olduğum üçün ürəklə deyirəm. İndi insanlarımız  da ağı qaradan seçə bilirlər. Bu sənətdə kimisə aldatmaq mümkün deyil. Çünki ifa da, səs də göz önündə olur”.