Niyam Salami:““Range Rover” sürənin pulu olur?!”

Müğənni Niyam Salami karantinin rejimindən və toyların yoxluğundan gileylənib.
“Sherg.az” xəbər verir ki, o bu barədə İnstaqram səhifəsinə yerləşdirdiyi videoda danışıb. N.Salami evini satmaq istədiyini söyləyib:

“İnsanlar binadan həyət evinə köçmək istəyirdi. İndi fikirləşirəm ki, həyət evini satıb, birotaqlı evə danışınım. Neyniyək? Ağaclara bir manatdan suyu necə verim?
Çatdırmaq olacaq ki? Arada sosial şəbəkələrdə kiminsə haqqında yazırsınız. İnternetdən istifadə edirsiniz, dünyada nə baş verir xəbəriniz var? Ya hələ də xəbəriniz yoxdur? Mən faktdan danışıram.

Yay aylarında həyətdəki ağacları sulayıram. Bilirəm, deyəcəklər niyə həyət evi almısız ki, indi də belə problem yaşayırsız. Necə ki, bir ara maşınımı satdığımı yazırdılar.
Maşınımı da satacam, narahat olmayın. Bir qoca “Range Rover”im var, onu da sataram. Bəzi insanlar sevinər. Məgər hər “Range Rover” sürənin pulu olur? Gedin, başqa şeylərlə maraqlanın. Məsələn suyla, qazla..  Bu pandemiya dövründə bir dəfə qazın, suyun və sairənin pulunu keçdilər bizə? Bu bədbəxt millət görəsən nəylə dolanır? Restoranlar açılıb, guya orda nə var? Açılan kimi orda toy oxuyuram ? 

Onu yadınızdan çıxarın. Toylar,  hər şey sıfırlandı. Yatmışıq fil qulağında, birdən ayılacağıq ki, dünya dəyişib”.