İlkin Süleymanovun növbəti məhkəmə prosesi... - Azad olunur? 

Bu gün saat 15:00-da Bakı Apellyasiya məhkəməsində Tovuzun Dondar Quşçu kənd sakini İlkin Süleymanovun növbəti məhkəmə prosesi keçiriləcək. Qeyd edək ki, məhkəmə prosesi fevralın 1-də 4 ay müddətinə uzadılmışdı.

Fevralın 8-də isə Baş prokuror Kamran Əliyev 11 yaşlı kənd sakini Nərmin Quliyevanın qətli ilə bağlı aparılan istintaq üçün məhkəməyə müraciət edib. İ.Süleymanov artıq 13 aydır həbsdə saxlanılsa da, istintaq yekunlaşmır.

Xatırladaq ki, İ.Süleymanov ötən il yanvarın 6-da yanmış meyiti tapılan 11 yaşlı Nərmin Quliyevanın qətlində ittiham olunur.