“Şərq”in “Könüllü yazarlar” hərəkatı başa çatıb – Fotolar 

Bu gün “Şərq” qəzetinin “Könüllü yazarlar” hərəkatı başa çatdı. “Şərq”in redaksiyasında keçirilən tədbirdə baş redaktor Akif Aşırlı tələbə-jurnalistlərə uğurlar arzuladı.

Müasir media işçisinə verilən tələblərdən danışan baş redaktor, həmçinin bildirdi ki, redaksiyanın qapısı gənclərin üzünə daim açıqdır.

Onlar istədikləri vaxt gələ, yazılarının dərc olunması üçün müraciət edə bilərlər. Ardınca iştirakçılara sertifikatlar təqdim olundu.

Tələbə- jurnalistlər yaradılan şəraitə görə qəzet rəhbərliyinə təşəkkür etdilər.

 Qeyd edək ki, bir neçə ay davam edən layihədə BDU-nun Jurnalistika fakültəsinin 12 tələbəsi iştirak etdi. Onlar həmin müddətdə jurnalistikanın praktik məsələlərini öyrənməklə yanaşı, həm də yiyələndikləri nəzəri bilikləri tətbiq etdilər.