Vətəndaş bir maşın özünə, birini də DGK-ya alır: “...insanlar müflisləşir”

Dövlət Gömrük Komitəsi(DGK) ilə bağlı narazılıqlar getdikcə artmaqdadır. Sözügedən qurumun yarıtmaz fəaliyyətini təsdiqləyən növbəti fakt isə xarici ölkələrdən Azərbaycana gətirilən maşınlara qoyulan gömrük rüsumudur. Həmin rüsum, az qala, avtomobilin öz dəyərində olur. Yəni sürücü bir maşını özünə, birini də DGK-ya alır. Ayıb deyilmi? Ayıbdır!



 İqtisadçı-ekspert Nazim Bəydəmirli bu barədə “Sherg.az”a danışarkən gömrük rüsumunun belə çox olmasının məntiqə sığmadığını söylədi: 

“Gömrük rüsumu rəqiblərinə adekvat maşın istehsal edən ölkələrdə bu qədər çox ola bilər. Məqsəd daxili istehsalı qorumaqdır. Ancaq təəssüf ki, bizdə belə maşın istehsalı yoxdur. Rüsumlar isə vətəndaşların rifahına uyğun deyil. DGK maşınların fantastik bazar qiymətini təkif edir. Bu, dövlət büdcəsindəki proqnoz göstəricilərini artırmaq üçündür. DGK Nazirlər Kabinetinə müvafiq “sifarişlər” verir və vəzəifəli şəxslərin köməkliyi ilə təklifini qəbul etdirir. Son nəticədə  insanlar müflisləşir. Əslində həmin qurumun vəzifəsi ancaq daxili istehsalı qorumaqdır”.

N.Bəydəmirli, həmçinin çıxış yollarını da göstərdi:
“Ekoloji durumu qorumaq adı ilə avtomobillərə müxtəlif dərəcədə gömrük rüsumu tətbiq edilir. Təəssüf ki, hibrid avtomobillərə lazımi qədər “yaşıl işıq” yandırılmır. Hökumət köhnə maşınları yığıb, onun dəyərini vətəndaşa ödəməlidir ki, yeni avtomobil almağa maraq yaransın. Lakin bu da olmur. İnsanlar daha az xərcə başa gəldiyi üçün ucuz maşın alırlar. Beləliklə, Rusiyanın xüsusi xidmət orqanlarının Azərbaycan iqtisadiyyatına təsirləri barədə məqamlar üzə çıxır. Odur ki, kompleks araşdırmalara ehtiyac var. Adı ən çox korrupsiya ilə birgə çəkilən DGK isə ləğv edilməlidir”.