Rəmişdən XƏBƏR VAR

“Yaddaşı qaraciyərlə əlaqəli gedir-gəlir”

“Həkimlər, tibb bacıları daim maraqlanırlar”

Bir müddətdir gitara ifaçısı, xalq artisti Rafiq Hüseynov ( Rəmiş) “Hepatit-C” xəstəliyindən əziyyət çəkir. O, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişi ilə xəstəxanaya yerləşdirilib.
“Sherg.az”a musiqiçinin son sağlıq durumu  haqqında əməlumat verən, onun ömür-gün yoldaşı Güllü Hüseynova Rəmişin müalicəsinin yüksək səviyyədə davam etdiyini söyləyib:
“”Bakı Sağlamlıq Mərkəzi”ndədir. Yaddaşı qaraciyərlə əlaqəli gedir-gəlir. Həkimlər, tibb bacıları daim maraqlanırlar. Allah Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanı qorusun. Bu gün Rəmiş nəfəs alırsa, göydə Allahın, yerdə  Mehriban Əliyevanın sayəsindədir. Mehriban xanım millətinə ana, Prezidentimiz cənab İlham Əliyev də  ata tək qayğı göstərir. Allah onları ölkəmizin başından əskik etməsin. Təşəkkürlərimi bildirirəm”.