Nağılbazın anası:«Uşaqlarının kirayə və digər xərcləri...»  

Bir neçə il öncə dünyasını dəyişən reper Anar Nağılbazın atası, sabiq millət vəkili Rizvan Cəbiyevin səhhətində problemlər var idi. O, bu barədə ötən il “Sherg.az”a açıqlamasında danışıb: 


“Çox ciddi xəstəliklərim var. Koronavirus infeksiyası da evdən çıxmağa qoymur. Sanki həbsdəyik, könüllü həbsxanadır. Bilirik ki, evdə qalmağın faydası çoxdur. İnanın ancaq evdəyəm. Bu da bir az ağırlıq yaradır. Əvvəl parka gedirdim-gəlirdim. Həm ayaqlarım açılırdı, həm də ürəyin fəaliyyəti nizama düşürdü. İndi onları edə bilmirəm. Çox ağırlaşmışam, bədənim tamamilə qüvvəsini itirib”. 

Yenidən Rizvan müəllimlə maraqlanmaq üçün özü ilə əlaqə saxladıq. Telefona onun həyat yoldaşı Şərqiyyə xanım cavab verdi. O, əvvəlcə mərhum oğlunun ailəsindən söz açdı:

“Yaxşıdılar, uşaqlar anaları ilə birgə yaşayır. Kirayələrini və digər xərclərini biz qarşılayırıq. Rizvan müəllim də, mən də yaşlanmışam səhhətimizdə problemlər yaranır. O, da bu yaxınlarda əməliyyat olunub”.