MTRŞ-ə ÇAĞIRIŞ: «Kanallar tərbiyəsizlərdən reytinq toplayırlar»   

Müğənni, bəstəkar Murad Arif  telekanallarda yayımlanann verlişlərə irad bildirib. 
“Sherg.az” xəbər verir ki, sənətçi Milli Televiziya və Radio Şurasına səslənərək, bu sözləri yazıb:

“Ümumölkə yayımında olan kanallarımızda yenə şivən verilişlər, bayağı söhbətlər, ləçər tonlar, beldən aşağı araşdırmalar, keyfiyyətsiz adamların lüzumsuz şəxsi həyat detalları, qeybət, "İnstaqrama girən qız almaram"lar, "Ata uşağına şillə vurar da"lar, "Razrezli qızla oxumaram"lar, "Nənələrimiz 12 yaşında ərə gedib"lər çoxalıb. Azərbaycan belə televiziyaya layiq deyil. Əhalinin psixoloji durumu və intellekt, zövq meyarları elastikdir.

 "Mən özələm, işçim dolanmalıdır" deyən, kanallara bir təpki göstərin. Kanallara maliyyə dəstəyi və onu keyfiyyətə xərcləyən adamlar təyin edin. Bu gün bir çox verilişlər “Tik-tok” və “ İnstagram” üçün işləyirlər. Bisavad və tərbiyəsiz adamlardan reytinq toplayırlar.

Bu anormaldır. Madam ki, köhnə vərdişə “ tövbə” yoxdur. O, zaman “ Dəmir yumruq” tətbiq olunsun. Xahiş edirik”.