Qorxunc qala...

Burada Osmanlı əsgərlərinə dəhşətli işgəncələr verilirdi

Rumıniyanın Brasov şəhəri yaxınlığında yerləşən "Bran Castle" dünya miqyasında böyük bir şöhrətə sahibdir. Bu şöhrəti "Bran Castle" Bram Stokerin dəfələrlə ekrana qoyulmuş "Dracula" romanına borcludur. 15-ci əsrdə bölgədə hökm sürən Vlad Tepeş və ya Kazıklı Voyvoda həm bölgə xalqına, həm də Osmanlı əsgərlərinə dəhşətli bir işgəncə verdiyinə görə böyük bir nüfuza sahib idi.

Kazıklı Voyvodanın yaşadığı "Bran" qalası sonralar Rumıniyanın mədəniyyət və turizminin çox vacib bir hissəsinə çevrilib. Üçüncü Vlad hakimiyyətdə olduğu müddətdə həm yerli insanlara, həm də bölgədə yaşayan Osmanlılara böyük işgəncələr verib. Hətta çoxlarını ağlasığmaz qəddarlıqla öldürüb. Üstəlik, bunu etməzdən əvvəl Osmanlı İmperiyası üçün fərqli cəbhələrdə birlikdə savaşıb. Hətta müvəffəqiyyəti o dövrdə Osmanlı İmperatorluğunun paytaxtı Ədirnədə də eşidilib. O özünü guya onlara sadiq kimi göstərib, əslində isə türklərə qarşı gizli düşmənçilik aparıb. Qısa müddətdə uğurlar əldə edən Vlad hakimiyyətini daha da gücləndirmək üçün lordları ölkədən qovmağa başlayıb. Yerli lordları qovduqdan sonra Osmanlıları hədəf alır. Kazıklı Voyvoda adını da məhz bu hadisələr zamanı qazanır. Osmanlı əsgərlərini qayadan atan III Vladın bu dəhşətli əməlləri tezliklə bütün İstanbulda yayılır.  Nəhayət, o, 1477-ci ildə 300 nəfərlik əsgəri ilə naməlum şəkildə öldürülür. Onun kəsilmiş başını elə öz silahdaşları İstanbula gətirir və kəllə düz bir neçə ay İstanbulda ümumxalq baxışında saxlanılır. Bu hadisədən illər keçməsinə baxmayaraq hələ də unudulmayıb. İndi onun yaşadığı qala Rumıniyanın məşhur turizm zonalarından biri hesab olunur.