Bir şərtlə Rusiyaya Xocalı aeroportunundan istifadəyə icazə vermək olar    

“Rusiya Xocalı aeroportunun açılmasında israrlıdır”. 

Bu sözləri “Sherg.az”a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 

Analitik bildirib ki, hazırda Rusiya aeroport ətrafında infrastrukturun qurulmasını həyata keçirir: 

“Azərbaycan Rusiyaya Xocalı aeroportundan istifadəyə ancaq o şərtlə icazə verə bilər ki, buradan heç bir mülki uçuşa, xüsusilə ermənilərin səfərlərinə qətiyyən icazə verilməsin. Rusiya yalnız hava limanından sülhməramlı qüvvələrin lojistik imkanları üçün istifadə edə bilər. Qarabağdakı bütün erməni silahlılarının bölgədən dərhal çıxarılması müqabilində aeroportdan istifadəyə icazə verilə bilər. Bu istiqamətdə danışıqlar aparılmalıdır”.