Qarabağa SƏFƏR: “Bu, böyük qayıdışın təməlidir”

“Biz artıq Qarabağa qayıtmağa başlamışıq”

“Bunu hamı- bütün dünya görür” 

“Dünya onların ekoloji, hərbi cinayətlərinin şahidi oldu”


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident  Mehriban xanım Əliyeva və qızları Leyla Əliyeva dünən Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında olublar. Səfər çərçivəsində, həmçinin Zəngilanda yerləşən Bəsitçay Dövlət Təbiət Qoruğunda çinar ağacları əkiblər.

Dövlət başçısı bildirib ki, Bəsitçay Dövlət Təbiət Qoruğu 1974-cü ildə Ulu öndər Heydər Əliyevin tapşırığı ilə yaradılıb, 100-dən çox hektar sahədə unikal çinar ağacları orada dövlət tərəfindən qorunurdu.



Millət vəkili Cavid Osmanov sözügedən səfərin əhəmiyyətini “Sherg.az”a şərh etdi:

“Müzəffər Ali Baş Komandan və ailə üzvlərinin Qarabağa səfəri hər şeydən əvvəl erməni vandallıqlarını dünyaya göstərmək üçün vacibdir. Düşmənin vəhşilikləri indi bütün dünyaya nümayiş edildi.

Hamı onların ekoloji, hərbi cinayətlərini gördü. İkinci bir tərəfdən isə müntəzəm səfərlər böyük qayıdışın təməlidir. Biz artıq Qarabağa qayıtmağa başlamışıq. Bunu hamı- bütün dünya görür.

Azərbaycan Prezidentinin hələ 2003-cü ildə dediyi, vəd etdiyi Bütöv Azərbaycan konsepsiyası davam edir. Bu isə bizim gücümüzün, qüdrətimizin təzahürüdür”.