Türkiyə yolundan dönməyəcək: “Qərb və PKK arzularına çatmayacaq”

 “PKK bu işləri tək görə bilməz”

“Qərbdən niyə səssiz qaldıqlarını soruşmaq isə doğru deyil. Çünki onsuz da törədən özləridir”


Türkiyən xarici işlər naziri Mövlüt Çavuşoğlu bu barədə danışıb. O, şəhidlərin qanının yerdə qalmayacağını bildirib: “Bu iki gün ərzində terrorla “mübarizə aparan” ölkələrin PKK-nın qətliamına səssiz qaldıqlarını, ya da müxtəlif bəhanələr gətirdiklərini müşahidə edirik”. Axı niyə?! Doğrudan da, dünyanın bəsirət gözü kor olub?!



 Politoloq Azər Rəşidoğlu bu barədə “Sherg.az”a danışarkən kulisdəki məqamlara aydınlıq gətirdi: 

“Bu, təsadüfi deyil. Çünki Türkiyənin nüfuzunun artması müəyyən qüvvələri narahat edir. Çavuşoğlununun sözügedən bəyənatı da əslində terrorun arxasında kimlərin dayandığına mesajdır. Əlbəttə, PKK bu işləri tək görə bilməz. Qərbdən niyə səssiz qaldıqlarını soruşmaq isə doğru deyil. Çünki onsuz da törədən özləridir”.

Rəşidoğlunun fikrincə, xain qüvvələr arzularına çata bilməyəcəklər: 

“Qardaş ölkənin işi onsuz da asan deyil. Problemlərsə, getdikcə artacaq. Lakin rəsmi Ankara yolundan dönməyəcək. Heç nə ona mane olmayacaq. Türkiyə regional iştirakçıdır və bu satusunu getdikcə daha çox gücləndirəcək”.