69 yaşlı balıqçı timsahın qarnından çıxdı


Keçən həftə yoxa çıxan 69 yaşlı balıqçı timsahın qarnından çıxıb.
"Şərq" xarici mətbuata istinadən xəbər verir ki, dəhşətli hadisə Avstraliyada baş verib. Avstraliyanın şimalında tutulan 4 metrlik timsahın daxili orqanlarında insan qalıqları tapılıb. Aparılan tədqiqat zamanı həmin bədən hissələrinin günlərdi ki itkin düşmüş 69 yaşlı Andrey Hearda məxsus olduğu təsdiqlənib. 

Başqa bir açıqlamada təxminən uzunluğu üç metr olan başqa bir timsahın tutulduğu və öldürüldüyü  bildirilib. Bu heyvanın da kimisə öldürüb-öldürmədiyini müəyyənləşdirmək üçün yarılacağı qeyd edilib.

Qeyd edək ki, son həftələrdə bu hadisələrin baş verdiyi Kvinslenddə daha iki timsah hücumu da qeydə alınıb. Yanvar ayının sonunda 40 yaşlarında bir kişi başını dişləyən timsahın çənəsini əlləri ilə açaraq hücumdan güclə qaça bilmişdir.

Bu hadisədən bir neçə gün sonra isə 22 yaşlı gənc oğlan ölümcül yaralar almasına baxmayaraq üç yarım metrlik timsahın hücumundan güclə xilas olmuşdur.

Səlahiyyətli şəxslər vətəndaşlara timsahların cütləşmə mövsümü olduğundan diqqətli olmaları barədə xəbərdarlıq ediblər.