Məhkumlar sevinəcəklər: “Deyirlər, əfv olacaq”

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək. Bunu Milli Məclisin deputatı, komissiyanın üzvü Fazil Mustafa deyib. O bildirib ki, toplantı videokonfrans formatında baş tutacaq:
“İclasda komissiyaya daxil olan müraciətlərə baxılacaq”.
“Komissiya indi toplanıb müraciətlərə baxırsa, demək, Novruz bayramı ərəfəsində ölkə Prezidenti tərəfindən əfv sərəncamının imzalanması mümkündür”,- F.Mustafa vurğulayıb.




Hüquq müdafiəçisi Novella Cəfəroğlu da “Sherg.az”a açıqlamasında bayram ərəfəsində məhkumların sevinəcəyini istisna etmədiyini dedi:

“Bizə çatan məlumata görə əfv olacaq. Əslində dəqiq bir söz deməyə qorxuruq. Lakin iclas keçirilirsə, deməli, fərman imzalanacaq”.