“Azeri Light” 64 dollar həddini keçib – Bahalaşma davam edəcək?

“Azeri Light” markalı neftin bir bareli 1,57 dollar və ya 2,50 faiz bahalaşıb. Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 64,34 dollar təşkil edib.Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə - 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.

Bahalaşmanın hansı həddə qədər davam edəcəyi və səbəblərinə dair “Sherg.az”a açıqlama verən Neft Araşdırmalar Fondunun rəhbəri, iqtisadçı İlham Şaban bildirib ki, neft qiyməti bütün dünyada bahalaşır:

“Azərbaycan nefti də bu bahalaşmaya uyğun olaraq adekvat qiyməti nümayiş etdirir. Bahalaşmanın səbəbləri odur ki, dünyanın şimal yarımkürəsində kəskin soyuqlar baş verir. Belə hava şəraiti isə enerjiyə uyğun olan tələbatı yaradır.

Ona görə də birjalarda daha çox neft, qaz və neft məhsulları alınır, insanlar isinmək istəyirlər. Hələ ki, bu həftə ərzində soyuqların davam edəcəyi bildirilib. Bundan sonra hava şəraiti yumşalsa, neftin qiyməti də ucuzlaşacaq”.