Ermənistan dilemma qarşısında: ABŞ-mı, Rusiyamı? 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ermənistanlı həmkarı Ara Ayvazyan arasında görüş olacaq.
 Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Danışıqlar sabah Rusiyanın paytaxtı Moskvada baş tutacaq. Bildirilib ki, XİN başçıları ikitərəfli əlaqələri, regional və beynəlxalq məsələləri müzakirə edəcəklər. 



Bundan başqa, ATƏT Minsk qrupu həmsədrlərinin xətti ilə iş planı nəzərdən keçiriləcək. Politoloq Məhəmməd Əsədullazadə sözügedən görüşü “Sherg.az”a şərh edib:

 “Gələcəkdə ABŞ-la Rusiya arasında ciddi toqquşmanın olacağını istisna etmirəm. Bunu Kreml də başa düşür. Və indidən müəyyən hazırlıq işləri görür. Görüşdə bir sıra problemlərin həlli müzakirə ediləcək.

Eyni zamanda nəqliyyat infrastukturları, o cümlədən Gorus- Qafan yolunun açılmasına dair fikir mübadiləsi aparılacaq. Həmçinin ATƏT-in Minsk qrupunun fəallaşması barədə danışıqların gedəcəyini də düşünürəm.

Ermənistan iki supergüc, yəni ABŞ və Rusiya arasında qalmamaq üçün indidən doğru addımlar atmalıdır.