Siyahı təqdim olunub: “Çox adam əfv gözləyir"

Fevral ayının 16-da Azərbaycan Prezidenti yanında Əfv məsələləri Komissiyasının yeni tərkibdə ilk iclası keçirilib. Komissiyanıən üzvü Rəşad Məcid mətbuata açıqlamasında müzakirələr aparıldığını və 100-dən artıq müraciətə baxıldığını söyləyib.

Eyni zamanda komissiyanın ardıcıl və məhsuldar işləyərək Novruz bayramına qədər müraciətlərə baxaraq yekunlaşdıracağını bildirib.



Hüquq müdafiəçisi Səidə Qocamanlı “Sherg.az”a bu işin bir sistemə çevrildiyini, hər il Novruz bayramı ərəfəsində əfvlərin olduğunu deyib:

“Əfv məsələləri komissiyası həmişə işləyib, indi isə məsələyə daha ciddi yanaşılır. Həmçinin əfvi də çox insan gözləyir. Bayrama qədər azadlığa buraxılanlar məlum olacaq. Biz də öz siyahımızı təqdim etmişik”.