Tabutun içindən körpə yox, kukla çıxdı

Ər arvadının hiyləsindən şok oldu


Bu yaxınlarda Rusiyada saxta bir körpə və onun cənazə qalmaqalı baş verib. 

"Şərq" xarici mətbuata istinadən xəbər verir ki, ölkənin cənubundakı Stavropol bölgəsində yaşayan Dağıstan əsilli cütlüklər Davut və Laura  uzun müddətdən sonra uşaq sahibi olmaq istəyiblər. Ərini itirəcəyindən qorxan Laura keçən il ailəsinə hamilə olduğunu və tezliklə övlad sahibi olacağına dair müjdə verib. Hətta Laura ərinə əkiz gözlədiyini açıqlayıb.

Doqquzuncu ayın sonunda özünün uydurduğu yalana belə inanmağa başlayan qadın xəstəxanaya tərəf gedib-gəlməyə başlayıb. Epidemiyanı bəhanə gətirən Laura qohumlarının hətta onlarla birgə qalmasına məcbur edib. Sonradan xəstəxananın yaxınlığında bir ev tutan qadın bir neçə gününü burada keçirərək "körpə hekayəsi"ni necə bitirəcəyini planlaşdırmağa başlayıb.

Laura oyuncaq mağazasından körpəyə bənzəyən iki kukla alıb. Bir neçə gündən sonra isə o, ailəsinə dünyaya gətirdiyi əkizlərin doğuşdan sonra bir xəstəlik səbəbindən xəstəxanada öldüyünü deyib.  Öldüyü iddia edilən körpələrin cəsədlərini möhürlənmiş bir tabutda evə gətirilib. Kədərlənən ailə ölən körpələri üçün dəfn hazırlıqlarına başlayıb.

Bu zaman ata Davut körpələrini bir dəfə də olsun görmək istəyib. Tabutu açanda isə şoka düşüb. O, kəfəndə uşaqlar əvəzinə kuklaları görüb. Həqiqət üzə çıxdıqda, Laura əvvəlcə kuklaların xəstəxana işçiləri tərəfindən tabuta qoyulduğunu iddia edib.

Ancaq polislər xəstəxanaya gedəndən sonra işin əsl üzü açılıb. Məlum olub ki, Laura heç vaxt heç bir xəstəxanada doğum etməyib. Rusiyada geniş əks-sədaya səbəb olan bu hadisə indi polislər və psixiatriya həkimləri tərəfindən araşdırılır.