İctimai "wi-fi"yə qoşulmaq riskdir

"Bu ehtimalı nəzərə alaraq "wi-fi" parolunu paylaşmamaq ən etibarlı üsuldur"

Pulsuz olaraq ictimaiyyətə təqdim olunan "wi-fi" xüsusilə mobil internetin olmadığı və ya yetərli olmadığı hallarda istifadəçilərə rahatlıq təmin edir. Bəs fərqli kanallardan gələn bir çox məlumat axınının olduğu bu şəbəkələrə etibar etmək nə qədər doğrudur? Gəlin birlikdə ictimai "wi-fi"yə qoşulma risklərini araşdıraq ...

Təcili olaraq internetə qoşulmağınız lazım olduğunda gördüyünüz hər hansı bir şifrəsiz "wi-fi" sizə ani bir xoşbəxtlik  yarada bilər. Lakin bu şəbəkə şəxsi məlumatlarınızı kopyalamaq üçün hazırlanmış bir tələ ola bilər.

Buna görə də, etibarlılığından əmin olmadığınız halda bu cür şəbəkələrə qoşulmaqdan çəkinməyiniz tövsiyə olunur. Hər hansı bir şəbəkəyə qoşularkən şəxsiyyətinizin qorunmasını təmin edən VPN (virtual özəl şəbəkə), xüsusən də ortaq  "wi-fi" istifadəsində sizə etibarlı bir sahə təklif edilə bilər.

Bu baxımdan pirat proqram inkişaf etdiricilərinin məlumatınıza giriş riski xeyli azalır. İnternet bankçılığı, alış-veriş saytları və e-hökumət sistemi kimi fərdi məlumatlarınızı geniş istifadə etdiyiniz saytlara ortaq "wi-fi" vasitəsilə qoşulmağınız kiberhücumlara şərait yaradır.

Belə bir problemin qarşısını almaq üçün sözügedən saytlara ictimai "wi-fi" vasitəsilə daxil olmamaq ən etibarlıdır.

"Wi-fi "parolunuzu yaxşılıqla bölüşməyiniz isə sizin gələcəkdə bir kiber cinayət səbəbi ilə şübhəli olmağınıza səbəb ola bilər. Belə bir vəziyyətdə “bunu etmədim, qonşum  və ya dostum etdi” demək sizə heç bir fayda verməyəcək.

Çünki bunu sübut edə bilməzsiniz. Sözügedən "wi-fi" şəbəkəsi sizin üzərinizə qeydiyyatdan keçdiyindən birinci dərəcəli cinayətkar hesab olunursunuz. Bu ehtimalı nəzərə alaraq "wi-fi" parolunu paylaşmamaq ən etibarlı üsuldur.