“Bu, həm də ədəbiyyatımıza verilən dəyərdir”  

Prezident İlham Əliyev Xalq şairi Nəriman Həsənzadəni 90 illik yubileyi münasibətilə təltif edib. Dövlət başçısı şairin  “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda bildirilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə Nəriman Əliməmməd oğlu Həsənzadə “İstiqlal” ordeni ilə təltif edilsin”.

N.Həsənzadə bu barədə fikirlərini “Sherg.az”la bölüşdü:

“Dövlət başçısına minnətdaram. Bu, çox yüksək qiymətdir. Və təkcə mənə deyil, həm də mədəniyyətimizə, ədəbiyyatımıza verilən dəyərdir”.