Köçəryan iddialıdır: “Hərbi çevriliş olsa...”- Paşinyan devrilir?

İkinci Qarabağ müharibəsindəki qələbədən sonra Ermənistanda daxili vəziyyət qarışıb. Keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyan Paşinyan hökumətini ittiham edirlər.

Baş naziri satqınlıqda günahlandıran siyasətçilər xeyli fəallaşıblar. Maraqlıdır, səslənən bəyanatlar sadəcə sözdədirmi? Yoxsa yaxın vaxtlarda Paşinyana “ən zəif bənd sənsən...” deyiləcək?
Əlbəttə, mövcud geosiyasi vəziyyəti nəzərə alsaq, bu, bizim üçün arzuolunmazdır. Amma proseslər davam edir...

 Millət vəkili, politoloq Rasim Musabəyov Ermənistandakı daxili vəziyyəti “Sherg.az”a təhlil etdi: 

“ “Qarabağ klanı”nın seçkilər yolu ilə hakimiyyətə gələcəyinə inanmıram. Düzdür, hərbi çevriliş olsa, sonra seçkilər vasitəsilə qələbələrini rəsmiləşdirə bilərlər.

Lakin Sarkisyanın partiyası seçkilər də iştirak etsə də, şəxsən özü prezident olmaq istəmir.

Köçəryan isə iddialıdır. Fəqət, o, elə qəddardırdır ki, xalqın böyük əksəriyyətinin nifrətini qazanıb. Hər halda yayda seçkilər keçiriləcək.

Nələrin dəyişəcəyini isə indidən demək çətinir”.