99 yaşlı şahzadə xəstəxanaya yerləşdirildi

Philipin son görüntüləri hər kəsi şoka salıb

İngiltərə Kraliçası II Yelizavetanın həyat yoldaşı şahzadə Philipin son görüntüləri hər kəsi şoka salıb.
"Şərq" xarici mətbuata istinadən xəbər verir ki, özünü yaxşı hiss etmədiyi üçün bir neçə gün bundan öncə 99 yaşlı şahzadə xəstəxanaya yerləşdirilib. Bəzi şəxslər şahzadənin hazırkı xəstəliyinin yeni koronavirus növü ilə əlaqəli olduğunu iddia ediblər. Lakin krallıq bunu təkzib edib. Son dəfə kraliça ilə keçən ilin noyabrında görüntülənən Philipin yanvarın 9-da koronavirusa qarşı peyvənd olunduğu qeyd olunub. Hazırda onun kraliçanın "Windsor" qalasında qaldığı və orada müalicə olunduğu bildirilir. II Yelizavetanın və həyat yoldaşının 12 həftədən sonra koronavirusa qarşı ikinci dozanı qəbul edəcəkləri barədə isə məlumat verilməyib. 
Qeyd edək ki, polislər bu il 100 yaşı tamam olacaq Philipin hazırda müalicə aldığı "King VII" xəstəxanasının girişində keşik çəkirlər. Şahzadənin sağlam olmayan görünüşünə baxmayaraq oğlu  atasının vəziyyətinin yaxşı olduğunu söyləyib. Şahzadənin digər kral ailə üzvləri onun yaxın günlərdə Norfolkdada olan Sandringham evinə gedəcəyini açıqlayıblar.