Daun sindromlu gəlinciklər hazırladılar

Məqsəd uşaqların bir-birinə qarşı ayrı-seçkiliyinin qarşısını almaqdır

İspaniyanın kiçik şəhəri olan Onildə istehsalçılar daun sindromlu gəlinciklər istehsal etməyə başlayıblar.

"Şərq" xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb ABŞ yazıçısı Kelle Hampton öz statusunda daun sindromlu qızı Nellanın öz kuklası ilə yaratdığı xüsusi əlaqəni danışması olub.

Bundan sonra 38 oyuncaq istehsalçısına ev sahibliyi edən Onildə istehsalçılar "uşaqların fərqliliklərə hörmət etməyi öyrənmələri" üçün bu cür oyuncaqlar istehsal etmək qərarına gəliblər.

Bu kuklaları istehsal edən Miniland şirkətinin marketinq direktoru Victoria Orruno bildirib ki, onların əsas məqsədi uşaqların bir-birinə qarşı ayrı-seçkiliyinin qarşısını almaqdır.

O qeyd edib ki, daun sindromlu oyuncaqlarla uşaqlar həyatın fərqli tərəflərini öyrənirlər və bu nəticədə ayrı-seçkiliyi aradan götürmüş olur.