Yeni telefon modeli gəlir

Təqdimetmə təxminən 3 həftədən sonra baş tutacaq

"Realme" yaxın günlərdə  ictimaiyyətə yeni telefon modelini təqdim edəcək.
"Şərq" xarici mətbuata istinadən xəbər verir ki, artıq təqdimetmə tarixi də müəyyənləşib. Tədbir təxminən 3 həftədən sonra baş tutacaq. Yeni model bir çox yüksək texnoloji  xüsusiyyətlərə malikdir. 

"Realme"nin icraçı direktoru Xu Qi telefonla bağlı bəzi məlumatları paylaşıb. O bildirib ki, telefon "Realme GT 5G" adı altında rəsmi olaraq martın 4-də ictimaiyyətə təqdim ediləcək: "Telefon "süni zəka" xüsusiyyətlərinə malikdir. Bəzi detallara görə o, sürətli şarj xüsusiyyətinə sahib olacaq. Hətta onun 5G bağlantısı da olacaq. Telefonun xüsusiyyətlərinə gəldikdə, o, ekran tərəfində 120 HHz ekran yeniləmə sürətinə, 6.81 düym ölçülü bir OLED quruluşuna malikdir. Bundan əlavə, telefonun arxasında 64 megapiksellik əsas kamera var. Telefon 12 GB RAM, 256 GB daxili yaddaşa və Andorid 11 əməliyyat sisteminə sahib olacaq. Telefon artıq TENAA sertifikatlaşdırma platformasında RMX2202 adı ilə çıxıb".