Türk ordusu PKK-ya məxsus çox gizli sənədləri ələ keçirdi 

Terror aktlarının planları və terrorçuların gizləndiyi mağaralar üzə çıxdı

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında, Gara bölgəsində keçirdiyi hərbi əməliyyat nəticəsində PKK-ya məxsus çox gizli sənədlər, terror aktlarının planları və terrorçuların gizləndiyi mağaraları əks etdirən xəritələr ələ keçib. 

"Sherg.az" Türkiyənin "yeniakit.com.tr" saytına istinadən xəbər verir ki, ələ keçirilən mühüm sənədlər sayəsində PPK-nı İŞİD kimi tarix səhnəsindən silmək mümkündür:

"Türk ordusunun ələ keçirdiyi sənədlərdə PKK militanlarının kimliyi, harada "fəaliyyət" göstərdikləri, terrorçuların təşkilatlanmasını, xarici ölkələrlə, qurumlarla və şəxslərlə əlaqələrini əks etdirən məlumatlar olub. Həmçinin, terrorçubaşı Murat Karayılanın hərəkət istiqamətini göstərən plan-xəritə aşkarlanıb. Məlum olub ki, Karayılan müəyyən günlərdə yerli qrupların rəhbərləri bir araya gəlir və onlara xaricdən aldığı təlimatları verirmiş. Gizli planlara görə PKK Türkiyənin bir çox yerində terror aktı törətməyə hazırlıq görürmüş. Əməliyyat zamanı terrorçuların ABŞ, Rusiya və digər ölkələrə məxsus ən müasir silah-sursatla, Manpads tipli raketləri ilə təchiz olunduğu da üzə çıxıb".