Hökumət açıqladı: Bura köçənlərə 10 min dollar ödəniləcək - FOTOLAR

Hətta bələdiyyə kənd sakinləri üçün 6 min dollar maaşlı olan iş də təklif edir

Əhali azaldıqca bəzi İtaliya qəsəbələri xəyal şəhərlərinə çevrilib. 



Sherg.az xarici mətbuata istinadən xəbər verir ki, İtaliyanın Borgomezzavalle qəsəbəsinin yalnız 320 əhalisi var. 

Burada əhalinin çoxalması üçün hökumət yeni kampaniyaya başlayıb. Belə ki, bura köçən hər ailəyə görə hökumət onlara 1000 avrodan çox vəsait ödəyəcəyinə söz verib. Hökumət bildirib ki, investisiya etmək üçün çox pulu var. Amma hazırda gənclərə və uşaqlara ehtiyacımız var.



İtaliyanın şimalında Alp dağlarının ətəklərində yerləşən Piedmont bölgəsindəki Locana kəndinə köçənlərə isə hökumət 3 il müddətinə 10 min dollar ödəyəcək. Hətta bələdiyyə kənd sakinləri üçün 6 min dollar maaşlı olan iş də təklif edir.  Bir dəfə veriləcək 10 min dollar mükafat üçün yalnız bir təklif var. Bura gəlib yaşamaq istəyən gənc ailələr ən azı 1 övlad dünyaya gətirməlidirlər.