“Azərbaycanlı”, yoxsa “Azəri” ? - İlbər Ortaylıdan izah

"“Azəri” adlı millət yoxdur, bunu Stalin çıxarıb”

İllərdir xalqımızın adı ilə bağlı müxtəlif müzakirələr aparılır. Hər kəs “Azəri” , “Azərbaycanlı”, “ Azərbaycan türkü”  adlarından hansının doğru olduğunu  düşünür. 2017-ci ildə bir tədbirdə qonaq olan türkiyəli tarixçi-alim İlbər Ortaylı da bu məsələyə aydınlıq gətirib.

“Sherg.az” xəbər verir ki, o, Stalin haqqında da ilginc açıqlamalar verib:

“”Azərbaycanlı” ifadəsi ilə “ Azəri” tamamən bir-birindən fərqlidir. Türklər içərisində Azəri adlı millət yoxdur. Bunu Stalin çıxartdı. Stalin cahil bir gürcüdür. Milliyyətlərdən anlamırdı, fəlakət bir şəxsiyyət idi”.