Beş dəqiqə çıxış etdi, həyatı dəyişdi 

Türkiyənin “ Hürriyyət” qəzeti tanınmış aktyorların, aktrisaların sənət yolu haqqında araşdırma aparıb.
“Sherg.az” onlardan birinin- aktyor Cağatay Ulusoyla bağlı yazılan məlumatı təqdim edir:
“C.Ulusoyun hekayəsi digərlərindən fərqlənir.

O, Kənan İmırzalıoğlu, Kıvanc Tatlıtuğ kimi aktyorların izi ilə gedib. Hələ 20 yaşında ikən “Best Model Of Turkey” yarışmasına qatılıb. Yaraşaqlılığı və düzgün  bədən quruluşu ilə birinci yerə layiq görülüb.

“Kanal D”də yayımlanan “Bəyaz şou”da sadəcə beş dəqiqədə adını Türkiyəyə duyurub.
Həmin gün həyatı dəyişib.Verlişdən sonra yaraşıqlı aktyor aktrisa Hazal Qaya ilə baş rolunu paylaşdığı “ Adını Feriha koydum” serialından təklif alıb. İlk işində uğur qazanan Ulusoy, ardınca “Medcezir” və İçəridə serialları ilə daha da tanınıb.

Orta Şərqdə də tanınan C.Ulusoy ekranların ən sevilən simalarındandır.