Ermənistan müdafiə naziri "çırpınır":“Rusiya ilə ortaq səylər..."    

“Rəsmi İrəvan, Rusiya ilə ortaq səylər sayəsində Qarabağda uzunmüddətli sülhün təmin olunacağını gözləyir”
“Sherg.az” xəbər verir ki, bunu Ermənistan müdafiə naziri Vaqarşak Harutyunyan RİA Novosti-yə verdiyi müsahibəsində deyib.
Onun sözlərinə görə,  hər şeydən əvvəl “müdafiə ordusu” Qarabağda yaşayan ermənilərin təhlükəsizliyini təmin etməlidir:

“Əlbətdə ki, orduda döyüş hazırlığını bərpa etmək və modernləşdirmək baxımından çox şey etmək lazımdır, amma nə olursa olsun, edilməlidir. İkincisi, Qarabağda yaşayan ermənilərin təhlükəsizliyi zəmanət olaraq qalır.

Üçüncüsü,  ən vacib şey,  Rusiyanın bölgədəki hərbi varlığıdır. Bunun sayəsində əvvəlcə atəşkəsə nail olmaq və daha sonra sadəcə humanitar fəlakətin qarşısını almaq mümkün oldu. Düşünürəm ki, Rusiya  ilə ortaq səylər sayəsində bölgədə uzunmüddətli sülh təmin ediləcəkdir”.