Xatirə ilə Oksana arasında qalmaqal: “Efirlər qonorar versin”

Müğənni Xatirə İslamın efirlərə qonaq gəlməsi üçün pul tələb etməsi müzakirələrə səbəb olub. Həm də sənətçinin açıqlaması birmənalı qarşılanmayıb. Onu dəstəkləyənlər də var, tənqid edənlər də.
Şou əhli də Xatirənin fikirlərinə biganə qalmayıb. Məsələyə öz münasibətlərini bildiriblər. Lakin  əksəriyyət  Xatirənin yanlış düşüncədə olduğunu söylədiyi üçün qalmaqal yaranıb.

Aktrisa Oksana Rəsulova da Xatirənin tələbinə reaksiya verib. O, İnstaqramda canlı yayımda bunları söyləyib:

"Nəticədə sən efir sayəsində tanınmış sima olmusan. Düzgün olmaz, bu, lazım deyil. Əvvəlcədən belə hal olsaydı, deyərdim, yaxşı. Buna axı öyrəşməmişik, hələ bizdə bu qanun formalaşmayıb. Əgər telekanallar bunu özləri qəbul etsəydi, nə gözəl.

Amma indi büdcə yoxdur axı. Bir çox hallar var ki, seriallar, film üçün büdcə yüksək olmur. Balaca bir məbləğlə nələrsə etməyə çalışırıq. Kimisə bu mövzuda zorlamağı istəməzdim".

“Sherg.az” xəbər verir ki, Xatirə Oksananın açıqlamasını cavabsız qoymayıb. Onun sözlərinə görə, tanınmışlar pul istəməməlidir, efirlər özləri verməlidir:

“Tək mənə deyil, hamımıza-vaxt ayırıb, efirə gedən bütün sənətkarlara qonorar ayrılmalıdır. Bir də efirlər bizi tanıdarkən, həm ifalarımızdan ( “YouTube”də yayımlayaraq -. red), həm də yersiz qalmqallarımızın gətirdiyi reytinqdən pul götürüblər. Hələ kanal rəhbərlərinin  göndərdiyi  yüzlərlə ödənişsiz tədbirləri, toyları demirəm. Yeri gəlmişkən xalqımıza, sosial şəbəkələr vasitəsilə səsimə səs verən insanlara sonsuz təşəkkürlərimi bildirirəm”.