Dəhşətli ölüm halları – Tükürpərdən fakt + VİDEO 

“TLC Türkiyə” kanalının “Ölümün min türlü hali” verlişində Amerikada baş verən maraqlı hadisələrdən bəhs olunur.
“Sherg.az” olaraq həmin ölüm olaylarından danışacağıq. Proqramın bölümlərindən birində yeni ailə quran cütlüyün başına gələn ilginc hadisədən söz açılır. Onlar bəyin köhnə sevgilisi tərəfindən təqiblərə məruz qalırlar. 4 illik münasibətlərinin sona çatmasının ardından onun başqa bir xanımla evlənməsini qəbul etməyən  “Ashley” adlı qadın psixoloji problemlər yaşayır.

Cütlüyün evini izləyib, onları narahat etmək üçün müxtəlif yollara əl atır. Bir gün gənc ailə istirahətə gedirlər. Evin boş olduğunu görən problemli eks-sevgili onlara daha çox pislik etmək üçün mənzilə daxil olmağa çalışır. 

Qapılar, pəncərələr bağlı olduğuna görə evə bacadan girmək fikrinə gəlir. Lakin dar və ensiz bacada sıxışıb, qalır. Beləliklə, nəfəs çatışmazlığı, aclıq və susuzluqdan dünyasını dəyişir.

Tətildən qayıdan cütlük buxarıdakı odunları yandırmaq istəyirlər. Amma baca tıxalı olduğu üçün tüstü evə dolur. Nə olduğunu anlamağa çalışan bəy əlini bacaya uzadır. Bu zaman həyatının süprizi ilə qarşılaşır, köhnə sevgilisinin cəsədi onun üstünə düşür.