"Baharın 17 anı"ndakı Ket vəfat edib

 SSRİ və Rusiyanın teatr və kino aktrisası, RSFSR-in Əməkdar artisti Yekaterina Qradova vəfat edib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, diabet və digər xroniki xəstəliklərdən əziyyət çəkən aktrisa insult keçirib. Onu xəstəxanaya aparıb təcili əməliyyata götürsələr də, ürəyi tab gətirməyib.

1946-cı ildə Moskvada anadan olan Y.Qradova "Baharın 17 anı" və "Görüş yerini dəyişmək olmaz" filmlərində rolları ilə tanınıb. O, "Baharın 17 anı" filmində rabitəçi Ket obrazını yaradıb. Bundan başqa o, Rusiyanın müxtəlif teatrlarında yüzlərlə rol oynayıb.