Koronavirus insanlara necə yoluxub? – Səbəblər sadalandı

Covid-19 infeksiyasının mənşəyini araşdırmaq üçün Vuhana gedən Ümumdünya Səhiyyə Təşkilatının əməkdaşlarının işlərinin detalları paylaşıldı. Bəs koronavirus insanlara necə yoluxdu?

“Sherg.az” Türkiyə mediasına istinadən xəbər verir ki, ÜST rəsmisi Tarik Yasarevicin koronavirusun  insanlara yolxumasına dair 4 ehtimalın olduğunu söyləyib. Həmin məlumatları “Demirören Haber Ajansı” paylaşıb.

Dünyada 100 milyondan artıq insanın xəstələnməsinə, 400 mindən çox şəxsin ölməsinə səbəb olan koronavirus birinci versiyada heyvandan, məsələn yarasadan insanlara zoonotik şəkildə yayılıb.

İkincisi, düşünülür ki, virus əvvəlcə heyvan növləri vasitəsilə, yəni zoonotik qəfəs heyvanından digərinə buradan da insanlara keçib. Üçüncüsü, qida zənciri ilə (məsələn, öz yaşam alanlarında virusu daşıya biləcək vəhşi heyvanların  donmuş  ətindən), dördüncüsü ilə əlaqləi laboratoriyada meydana gələn bir olay nəticəsində yoluxub. Jasareviç ikinci ehtimalın doğruluq payının yüksək olduğunu və bu istiqamətdə işlərin görülməsinin vacibliyini vurğulayıb.