Bu il Ceyhan limanından 31 milyon barelə yaxın neft nəql edilib

Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən "Botas International Limited" (BIL) şirkəti bu ilin ötən dövründə Ceyhan terminalından 30,8 milyon barel xam neft nəql edib.

“Report” şirkətə istinadən xəbər verir ki, bu həcmdə xam neft 42 tankerə yüklənərək dünya bazarlarına yola salınıb.

Ümumilikdə İndiyə qədər limandan 3 602 milyon barel xam neft 4 701 tankerə yüklənib.

BIL 2001-ci ildə BTC-ni Türkiyə ərazisində istismar etməklə səlahiyyətləndirilib. Ceyhan terminalında BTC-dən xam neftiniilk tankerə yüklənməsi 2006-cı il iyunun 2-də baş tutub.