Qadınların pensiya yaşının artırılması normaldır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsinin məlumatına əsasən, bu il iyulun 1-də Azərbaycanda qadınların pensiya yaş həddi 6 ay yenidən artırılacaq.


Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Əkrəm Həsənov deyir ki, pensiya yaşının artırılması dünya tendensiyasına uyğundur və çox normal bir prosesdir:

"Azərbaycanda bu proses 2017-ci ildən başlayıb və qanunla tənzimlənir. Kişilər üçün bu tamamlanıb, qadınlar üçün isə həmin proses 2027-ci ildə başa çatacaq. Ölkəmizdə kişilər üçün nəzərdə tutulan pensiya yaşı qadınlara nisbətən daha çoxdur" . 

Ekspert pensiya yaşının artırılmasının səbəblərini açıqlayıb:

"Hazırda dünyanın bir çox ölkələrində pensiya yaşı artırılır. Bunun da bir neçə səbəbi var: bir tərəfdən insanların əmək aktivliyinin dövrü artıb; digər tərəfdən insanların həyat səviyyəsi yüksəldikcə ömrü uzanır və pensiya fondlarına artıq yük düşür. 

Əslinə qalsa, pensiya yaşının artırılmasının başlıca səbəbi digər fondların yükünün ağırlaşmasıdır. Bu, həm də ona görə edilir ki, onlar da öz işlərini vaxtında yerinə yetirə bilsinlər".

Aytac Ali